Texniki servis və təmir xidmətləri
Sənaye avadanlıqlarında yaranan elektron və avtomatika nasazlıqlarının aşkarlanması və aradan qaldırılması üzrə texniki servis xidmətləri göstəririk. Elektron kartların təmiri, sistem yoxlanışı və nasazlığın səbəbinin yerində müəyyən edilməsi işlərini həyata keçiririk. Məqsədimiz avadanlığın ən qısa zamanda yenidən işlək vəziyyətə gətirilməsidir.
Avtomatika və elektrik panolarının hazırlanması
İstəyə və obyektin tələblərinə uyğun olaraq avtomatika və elektrik panolarının (şkafların) layihələndirilməsi və yığılması işlərini icra edirik. Avadanlıq yerində analiz olunur, istifadə olunacaq komponentlər seçilir və sistemə uyğun pano hazırlanır.
Avtomatika sistemlərinin qurulması və proqramlaşdırılması
Sıfırdan avtomatika sistemlərinin qurulması, PLC və SCADA əsaslı idarəetmə sistemlərinin proqramlaşdırılması və istismara verilməsi xidmətləri təqdim edirik. Avadanlığın iş prinsiplərinə uyğun olaraq idarəetmə alqoritmləri hazırlanır və sistem tam şəkildə işlək hala gətirilir.
Avadanlıqların modernizasiyası
Köhnə və mexaniki idarə olunan istehsal avadanlıqlarının modernizasiyası işlərini həyata keçiririk. Mövcud sistemlər PLC əsaslı avtomatika sistemlərinə çevrilir, idarəetmə və təhlükəsizlik səviyyəsi artırılır. Bu yanaşma avadanlığın ömrünü uzadır və istehsal prosesini daha stabil edir.
