Biz 2018-ci ildən etibarən sənaye sahəsində elektrik və avtomatika sistemlərinin qurulması üzrə fəaliyyət göstərən mühəndis komandayıq. Məqsədimiz müştərilərimiz üçün real iş şəraitinə uyğun, etibarlı və səmərəli texniki həllər təqdim etməkdir.
Cyberonic olaraq sənaye obyektlərində avtomatika sistemlərinin layihələndirilməsi, elektrik panolarının hazırlanması, sahə üzrə montaj işləri və sistemlərin istismara verilməsi mərhələlərini kompleks şəkildə icra edirik. Bu günə qədər 100-dən artıq layihə uğurla həyata keçirilmişdir.
Hər bir layihədə obyektin mövcud vəziyyəti və istehsal prosesi detallı şəkildə analiz edilir, ehtiyaclara uyğun mühəndislik həlləri tətbiq olunur. Bizim üçün əsas prioritet sistemlərin stabil işləməsi, təhlükəsizlik tələblərinə cavab verməsi və uzun müddət problemsiz xidmət göstərməsidir.
Gördüyümüz bütün işlərdə texniki dəqiqliyə, keyfiyyətə və məsuliyyətə önəm veririk. Məqsədimiz yalnız quraşdırma aparmaq deyil, müştərilər üçün idarəolunması asan və davamlı avtomatika sistemləri qurmaqdır. Uzunmüddətli əməkdaşlıq və etibar bizim üçün əsas dəyərlərdir.
