
Bu layihə çərçivəsində uzun müddət istismarda olmayan və köhnə PLC sistemi sıradan çıxmış kağız boru kəsim avadanlığı yenidən avtomatlaşdırılmışdır. Mövcud idarəetmə sistemi tamamilə ləğv edilərək avadanlıq müasir PLC və HMI əsaslı idarəetmə sistemi ilə işlək vəziyyətə gətirilmişdir.
Texniki həll və tətbiq olunan sistemlər
- GMT PLC və HMI əsasında yeni idarəetmə sistemi qurulmuşdur
- PLC–HMI əlaqəsi RS485 üzərindən təmin edilmişdir
- Mövqeləndirmə üçün NEMA tip step motor (≈24 Nm) və uyğun step motor sürücüsü istifadə edilmişdir
- Ox hərəkəti PUL/DIR siqnalları ilə idarə olunur
- Kəsim uzunluğu impuls hesablaması ilə dəqiq tənzimlənir
- Pnevmatik kəsim və sıxma mexanizmləri PLC məntiqi ilə sinxronlaşdırılmışdır
- Manual və avtomatik iş rejimləri təmin edilmişdir
- Limit switch və emergency stop ilə təhlükəsizlik məntiqi tətbiq olunmuşdur
Nəticə
Layihə nəticəsində işlək vəziyyətdə olmayan avadanlıq yenidən istehsala qaytarılmış, kəsim dəqiqliyi və sistem etibarlılığı artırılmışdır. Avadanlıq operator üçün sadə, stabil və təhlükəsiz avtomatik idarəetmə rejimində çalışır.


